İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib

İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib

Bakı. Trend:

Böyük Britaniyanın İsveçdəki səfirliyinin yaxınlığında içərisində toz olan şübhəli zərf aşkar edilib.

Trend-in məlumatına görə, bölgəyə polis əməkdaşları və partlayıcı maddə mütəxəssisləri cəlb edilib.

Həmin tozun partlayıcı olub-olmaması ilə bağlı araşdırma aparılır. Zərfin tapıldığı ərazi əhayətə alınıb.

Mənbə: az.trend.az