Eskobarın xəzinəsi tapıldı: Qızıl külçələr, pullar...

Məşhur narkobaron Pablo Eskobarın qardaşı oğlu Nikolas Eskobar qohumuna aid xəzinə tapdığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiyanın “Red+” nəşri məlumat yayıb.

“Xəzinədə 30 ildir saxlanılan 18 milyon dollar, çap maşını, qızıl qələm, “Rolex” saatları tapılıb”, - N.Eskobar bildirib.

O xəzinənin Kolumbiyanın Medelin şəhərində tapıldığını bildirib. Onun sözlərinə görə, bundan başqa xəzinədə qızıl külçələr, fotoaparat və avtomat patronları da aşkar olunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Əməkdar artist imicini dəyişdi, cavanlaşdı - FOTO

SONRAKI XƏBƏR

Smartfonlar nə vaxt köhnə sayılırlar?