“BakuBus”da qayda pozur ! - “Avtobusu maşınların üstünə sürürlər” – Təhlükə !

“Bu isə sərnişinlərin həyatını təhlükəyə atmaqdır”

“Avtobus sürücüləri ilə bağlı qaydalar sərtləşdirilsə də, yenə qayda pozurlar”

“Yəqin ki, ictimai qınaq nəticə verəcək”

Neftçilər prospekti, "Park bulvar"ın qarşısında “BakuBus” avtobusu qəzaya uğrayıb. 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Bakı Nəqliyyat Agentliyi (BNA)qəza ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətindən bildirilib ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə baş verən qəzada heç kim xəsarət almayıb.

Avtobus sürücülərinin diqqətsizliyi hər zaman aktual problemlərdən biri olub. Onların psixoloji durumu, müvafiq yoxlama və testlərdən keçməsi vacibdir. Bu baxımdan “BakuBus” sürücülərinin digər avtobus sürücülərinə nisbətən daha məsuliyyətli olduğu deyilirdi. Lakin bəzən bu şirkətin əməkdaşlarının da diqqətsiz davranışları ilə qarşılaşmaq mümkündür.

Hadisəni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a bildirib ki, avtobus sürücülərinin qaydaları bu cür rahatlıqla pozmasının əsas səbəblərindən birincisi, bəzi sahibkarların kimlərinsə himayəsində olmasıdır:

“Bəzi daşıyıcı şirkətlər bu cür hallarda müxtəlif vasitələrlə problemi həll edirlər. Amma bir sıra şirkətlərdə birbaşa sürücü məsuliyyəti olduğu üçün qaydalara əməl olunur. Ümumi yanaşma budur ki, bəzi avtobus sürücülərinin iş və istirahət rejimi normal deyil.

Şəhərin sıxlıq yaranan küçələrində əsəb, stres keçirirlər”.

Ekspert “Bakubus” avtobus sürücülərinin son zamanlar qaydaları pozduğunu söyləyib:

“Qanunvericilikdə belə bir müddəa var ki, avtobus dayanacağından çıxan marşruta yol verməlidir. Amma gərək sürücü bunu görə bilsin. Təəssüf ki, “yol mənimdir” deyib, avtobusu maşınların üstünə sürürlər. Bu isə sərnişinlərin həyatını təhlükəyə atmaqdır”.

Elməddin Muradlı qeyd edib ki, avtobus sürücüləri ilə bağlı qaydalar sərtləşdirilsə də, yenə qayda pozurlar:

“Yəqin ki, ictimai qınaq nəticə verəcək”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

“Haber Global” telekanalı 2 yaşında

SONRAKI XƏBƏR

Rusiyadan 143 milyonluq qızıl çıxarmaq istəyənlər tutuldu