Rusiyadan 143 milyonluq qızıl çıxarmaq istəyənlər tutuldu

Rusiyadan 143 milyonluq qızıl çıxarmaq istəyənlər tutuldu

Rusiyanın Zabaykalye vilayətində Çinə 143 milyon rublluq qızıl keçirmək istəyən yük qatarının maşinistləri saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları və sərhədçilər Çita gömrüyündə yük qatarından qanunsuz metal daşınmasını aşkar ediblər. Yoxlama zamanı 37 kiloqram qızıl aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Mənbə: axar.az