Sirkə turşusundan zəhərlənən Şəki sakini reanimasiya şöbəsinə yerləşdirilib

Sirkə turşusundan zəhərlənən Şəki sakini reanimasiya şöbəsinə yerləşdirilib

Şəkidə kişi sirkə turşusundan zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, M.Rəsulov küçəsi, ev 75 ünvanında yaşayan Bayram İsa oğlu Paşayev zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

Müayinə zamanı B.Paşayevin yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Mənbə: apa.az