Piyada faciəvi şəkildə öldü

Quba rayonunun Alekseyevka kəndi ərazisində "Hyundai" markalı avtomobillə piyada vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 24-də saat 15 radələrində Quba rayonunun Alekseyevka kəndi ərazisində Xaçmaz rayon sakini B.Mikayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Amsar kənd sakini Əminə Xələfovanı vurmuş, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Quba RPŞ tərəfindən araşdırma aparılır.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Yeni Günəşlidə iki qohumunu qətlə yetirən şəxs tutuldu

SONRAKI XƏBƏR

“2021-ci ilin yanvarına qədər dünyada yalnız bir ölkə karantin elan edib və bu ölkə Ermənistandır” - Kolerov