Peyğəmbəri təhqir edən jurnal redaksiyasının yaxınlığında qan töküldü

Əlində soyuq silah, şəxsiyyəti məlum olmayan bir adam qalmaqallı satirik jurnal "Şarli Hebdo”nun keçmiş redaksiyasının yaxınlığında insanlara hücum edib.

Qaynarinfo xəbər verir ki, bu hadisə Parisin 11-ci bölgəsində baş verib. BFMTV kanalının verdiyi məlumata görə, dörd nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerindən qaçan təcavüzkar indi axtarışdadır. Məhəllə polis tərəfindən bloklanıb. Son məlumata görə, hücum iki nəfər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq terror təşkilatı Əl-Qaidə Fransız həftəlik satirik "Şarli Hebdo” jurnalını təhdid edib. Silahlılar Məhəmməd peyğəmbərin karikatrularını yenidən çap etdikləri üçün beş il əvvəl törədilən terror aktını təkrarlayacaqlarına söz veriblər.

 

Bəyanat 2015-ci il terror hücumunun ortaqları ilə bağlı məhkəmənin başlanması ilə əlaqədar karikatirların yayımlanmasından sonra ictimaiyyətə açıqlanıb.

Onu da qeyd edək ki, 2015-ci ilin yanvar ayında Parisdə "Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Bundan sonra redaksiyanın ünvanı dəyişib.

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət xətti ilə nə qədər ipoteka krediti verilib?

SONRAKI XƏBƏR

"Neftçi" klubu yeni sponsorla müqavilə bağladı