40 erməni “Qazprom”un işçilərini və polisləri döydü

40 erməni “Qazprom”un işçilərini və polisləri döydü

Ermənistan Geqarkunik vilayətinin Sovaqyux kəndinin 40-a yaxın sakini "Qazprom Armenia" şirkətinin işçilərini döyüblər.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, hadisəyə səbəb “Qazprom” nümayəndələrinin kənddə illərdir qaz oğurluğunun baş verməsindən xəbər tutması olub.

Hadisə yerinə cəlb edilən polislər də döyülənlər sırasında yer alıblar. Qavar və Sevan rayon polis şöbələrinin rəisləri müxtəlif bədən xəsarətləri alıblar.

“Qazprom Armenia” nümayəndələrinin xidməti maşını isə daşqalaq edilib. Faktla əlaqədar Geqarkunik prokurorluğunda araşdırma aparılır.

Mənbə: axar.az