Mixail Yefremovun oğlu koronavirusa yoluxub

Mixail Yefremovun oğlu koronavirusa yoluxub

Dörd aydır Rusiya mətbuatının gündəmini avtomobil qəzası törədib, insan ölümünə səbəb olduğu üçün zəbt edən Əməkdar artist Mixail Yefremovun kiçik oğlu koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu barədə məlumatı ailənin yaxın dostu Aleksey Lobarev yayıb. Onun sözlərinə görə M.Yefremovun 10 yaşlı oğlu Boris Yefremov virusa məktəbdə yoluxub. Simptomsuz keçən xəstəlik müddətində, kiçik Yefremov evdə karantin altına alınıb.

Qeyd edək ki, beş dəfə rəsmi nikahda olan Mixail Yefremovun 6 uşağı var.

M.Yefremov sentyabrın 8-də məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az