Nazirliyin 26 işçisi koronavirusa yoluxdu - 1 nəfər öldü

"Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub”.
Anews.az xəbər verir ki, bunu ETSN-nin rəsmi "Facebook” səhifəsində "Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, həmin şəxslər xəstəxanada və ev şəraitində müalicəsini bitirib.
O qeyd edib ki, bir nəfər isə vəfat edib.
www.anews.az

Anews.az

ƏVVƏLKİ XƏBƏR

Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu - FOTO

SONRAKI XƏBƏR

Erməni tərəfi şüurlu cəmiyyətə, xalqa, dövlətə yaraşmayan açıqlamalar verir - ŞƏRH ÖZƏL