Parisdə "Charlie Hebdo" binası yaxınlığında silahlı hücum törədildi

Parisdə "Charlie Hebdo" binası yaxınlığında silahlı hücum törədildi

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə bir nəfər "Charlie Hebdo" satirik jurnalının köhnə binasının yerləşdiyi məhəlləyə soyuq silahla hücum edərək, 4 nəfəri yaralayıb.

Fransız mətbuatında yer alan xəbərlərə görə, hadisə "Charlie Hebdo"nun köhnə binasının yerləşdiyi 11-ci bölgədəki Nikolas-Appert küçəsində baş verib.

Hadisəni törədən olduğu iddia edilən şəxslərdən birinin hadisə yerinin yaxınlığındakı Bastilya meydanında saxlanıldığı bildirilib. Radiostansiyanın verdiyi xəbərə görə, hadisəni törədən şəxs olduğu iddia edilən ikinci şəxs Riçard Lenuar metro stansiyasında tutulub.

Paris Terrorla Mübarizə Prokurorluğu "cinayət cəhdi" və "cinayətkar terror birliyi" faktı ilə bağlı istintaq başladıb.

Mənbə: AA, RİA

Mənbə: eastnews.org