Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub - 1 işçi vəfat edib

Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub -  1 işçi vəfat edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 əməkdaşı koronavirusdan vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə nazirliyin İnsan resurslarının İdarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli feysbukda canlı yayım zamanı bildirib.

O, qeyd edib ki, nazirliyin 26 əməkdaşı COVID-19 virusuna yoluxub. Onların hamısı xəstəxana və ya ev şəraitində müalicə olunublar. ETSN-nin 1 əməkdaşı isə virus səbəbindən vəfat edib.

Mənbə: axsam.az