Qonşuda yoluxma sayı kəskin artdı

Qonşuda yoluxma sayı kəskin artdı

İranda son sutka ərzində 3563 nəfər koronavirusa yoluxub, 207 nəfər dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyin nümayəndəsi Sima Lari məlumat yayıb.

Bununla İranda koronavirusa yoluxanların ümumi sayı 439 882-ə yüksəlib. Pandemiyanın başlamasından indiyə qədər koronavirusdan həlak olanların sayı isə 25 222 nəfər təşkil edib.

O, həmçinin 4 203 nəfərin səhhətinin kritik vəziyyətdə olduğunu bildirib.

Mənbə: axar.az