“Şarli Hebdo”ya yeni hücum: ağır yaralılar var

Fransanın “Şarli Hebdo” satirik jurnalının keçmiş redaksiya binasına hücum olub.

Axar.az xəbər verir ki, hücum nəticəsində dörd nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hücuma məruz qalan şəxslərin bıçaq yarası aldığı vurğulanıb. Bundan sonra Parisin 11-ci dairəsində məktəblər və uşaq bağçaları qapadılıb.

Qeyd edək ki, ilk hücum “Şarli Hebdo”ya hücum 2015-ci ildə edilmişdi. Hücuma səbəb jurnalda Məhəmməd peyğəmbəri və islamı təhqir edən karikaturaların dərci olmuşdu.

Jurnal bu tip karikaturaların dərcinə sentyabr ayından yenidən başlamışdı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Bakıda Türk Dünyası Universiteti yaradılsın” - Professordan TƏKLİF:

SONRAKI XƏBƏR

“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”