Burxulma, sınıq, çıxıq,əzik zamanı ilk olaraq nələr edilməlidir? - Həkimdən izah

Burxulma, sınıq, çıxıq,əzik zamanı ilk olaraq nələr edilməlidir? - Həkimdən izah

“Gecikmək olmaz, əksinə operativ davranmaq lazımdır”

“Çünki müvafiq tədbirləri yerinə yetirməyəndə zərərçəkmiş travmatik şoka düşə bilər”

Bədbəxt hadisələrdən heç birimiz sığotalanmamışıq. Hər an hər birimizin başına nə isə gələ bilər. Əlbəttə, bədən xəsarətləri də istisna deyil. Yol getdiyimiz yerdə ayağımız burxula, ya yıxıla, büdrəyə bilərik. Belə hallarda müxtəlif zədələrin olması, o cümlədən burxulma, çınıq, sınıq, əzik və s. kimi hallar tam mümkündür. Bəs nə etməliyik? İlkin tibbi yardım necə olmalıdır?

Həkim-allerqoloq Şahvələd Məmmədov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, belə məqamlarda ilk axtaracağımız soyuq su olmalıdır:

“Məsələn burnumuz harasa dəyərək şişibsə, soyuq su tapmalı və onu cib dəsmalımıza tökərək həmin nahiyənin üzərinə qoymalıyıq. Yaxşı olar ki, həkim gələnə kimi zərərçəkmiş çox tərpənməsin, sakit qalsın. Dediklərim qanaxma olmadığı halda keçərlidir”.

Həkimin sözlərinə görə, qanaxmanın olması daha təhlükəlidir:

“Bu, ən qorxulu haldır. Həmin anlarda qanaxmanı mümkün qədər tez dayandırmağa çalışmaq lazımdır. Konkret nahiyənin yuxarı hissəsinə sarğı qoyulmalıdır.

Sarğı aşağıdan qoyulanda, lazımi nəticə olmur. Xüsusi qeyd edim ki, əgər zərərçəkmiş ağrıya dözə bilmir və qışqırırsa, deməli, ciddi travma var.

Bu zaman çıxan, sınan yerə taxta parçası qoymaq lazımdır ki, hərəkətsizlik təmin edilsin. Həmin hallarda gecikmək olmaz. Əksinə, operativ davranmaq lazımdır.

Çünki müvafiq tədbirləri yerinə yetirməyəndə zərərçəkmiş travmatik şoka düşə bilər”.

Mənbə: sherg.az