Parisdə bıçaqla hücum zamanı dörd nəfər yaralanıb

Parisdə bıçaqla hücum zamanı dörd nəfər yaralanıb

Paris polisi satirik qəzet Charlie Hebdo-nun keçmiş ofisi yaxınlığında bıçaqlı hücumla dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxsin saxlandığını xəbər verir.

Paris poliinin rəsmisi hüquq-mühafizə orqanlarının əvvəlcə iki hücumçunun olduğunu düşünsələr də, indi yalnız bir nəfərin olduğuna inandıqlarını bildirib.

Cümə günü baş verən hücuma nəyin səbəb olduğu, eləcə də 2015-ci ildə İslamçı ekstremistlərin hücumuna məruz qaldıqdan sonra ofislərini köçürən Charlie Hebdo ilə əlaqəsi olub-olmadığı hələlik aydın deyil.

Polis ağır vəziyyətdə olan iki yaralı da daxil olmaqla hücuma məruz qalanların və hücumçunun kimliyini açıqlamayıb. Onun adının ictimaiyyətə açıqlanmasına da icazə verilməyib.

Baş nazir Jan Kaste vəziyyətlə bağlı ətraflı məlumat almaq üçün Parisin şimalındakı şəhərətrafı ziyarətini yarımçıq saxlayaraq Daxili İşlər Nazirliyinə gedib.

Hazırda şəhərdə Charlie Hebdo nəşrinə silahlı hücumlarla əlaqədar məhkəmə işi davam edir.

Charlie Hebdo hücumcumlarının həyat yoldaşlarının cümə günü gündüz saatlarında ifadə verəcəyi gözlənilir.

Mənbə: www.amerikaninsesi.org