Sabirabadda avtomobil piyadanı vurub

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb.

"Opel" markalı avtomobil yolu keçən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu vurub. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İki maşın zibil çıxan evdən həm də minlərlə dollar tapıldı - Foto

SONRAKI XƏBƏR

Baş Prokurorluqdan İnstaqramdakı sual-cavabla bağlı - Açıqlama