İranda təyyarə qəzaya uğradı

İranda təyyarə qəzaya uğradı

İranın Əlborz vilayətinin Nəzərəbad bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, təyyarə təlim üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Nəticədə 2 nəfər ağır yaralanıb.

Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.

İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.

Mənbə: axar.az