Gürcüstanda AĞIR QƏZA: 11 nəfər yaralandı

Gürcüstanda AĞIR QƏZA: 11 nəfər yaralandı

Telavi-Ğvareli magistralında baş verən yol qəzasında 11 nəfər yaralanıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, onlardan biri 4 yaşlı uşaqdır.

Telavi Bələdiyyəsinin Qaracalar kəndindən üzüm yığmaq üçün Ğvareliyə işçilər aparan mikroavtobus betona çırpılaraq aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Şahidlərin sözlərinə görə, avtomobildə nasazlıq yaranıb və sürücü avtomobili idarə edə bilməyib.

Yaralılar təcili yardım briqadası tərəfindən Ğvareli və Telavi klinikalarına yerləşdiriliblər.

Telavi Referral Xəstəxanasının rəhbəri Xatuna Çoniaşvilinin sözlərinə görə, səkkiz nəfər klinikaya yerləşdirilib, onlardan ikisi əməliyyat olunub və reanimasiya şöbəsindədir, azyaşlı uşaq isə Tbilisidəki müvafiq klinikaya aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma 276-cı maddənin ikinci hissəsi ilə davam etdirilir.

Mənbə: publika.az