Ən gənc tələbə o oldu - 15 yaşı var

Ən gənc tələbə o oldu -  15 yaşı var

Dövlət İmtahan Mərkəzi bu il ali məktəbə qəbul olan ən gənc tələbənin adını açıqlayıb.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu, Yevlax şəhər 3 saylı tam orta məktəbin məzunu Aynur Bəxtiyarovadır. 2005-ci il iyunun 1-də anadan olan Aynur 317 balla ali məktəbə daxil olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alacaq.

Onun orta məktəbi belə tez bitirməsinə səbəb özündən yaşca böyük olan bacısı ilə eyni vaxtda dərsə getməsidir. Daha bir sevindirici məqam isə bacısının da bu il tələbə olmasıdır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, tələbə adını qazanan ən yaşlı şəxs 1971-ci il təvəllüdlü qadındır.

Mənbə: axsam.az