İşlədiyi dükanda Quran oxuyarkən haqqa qovuşdu..VİDEO

İşlədiyi dükanda Quran oxuyarkən haqqa qovuşdu..VİDEO

Sosial mediada yaşlı bir müsəlmanın Qurani-Kərim oxuyarkən dünyasını dəyişməsini əks etdirən bir video geniş yayılıb.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, kədərli, eyni zamanda ibrətamiz olay Fələstinin Xevron şəhərində baş verib.

Xevronlu Hacı Xamis Yahya Seyyid Əhməd dükanında oturub müsəlmanların Müqəddəs Kitabını səhifələrini öpərək oxuyurdu. Bir neçə dəqiqə sonra onun halı pisləşib, boğulmağa başlayıb və birdən yıxılıb. Bütün baş verənlər mağazadakı video-müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bundan əvvəl saytımızda Türkiyədə Qurani-Kərim oxuyarkən dünyasını dəyişən 94 yaşlı hafiz(Quranı əzbər bilən) Mehmet Əli haqqında yazmışdıq.

Sultan Laçın

Mənbə: moderator.az