Rusiyada süpürgəçi seçkilərdə qalib gəldi, amma yoxa çıxdı...

Rusiyada süpürgəçi seçkilərdə qalib gəldi, amma yoxa çıxdı...

Kostroma vilayətinin Povalixin kənd administrasiyasının rəhbəri seçkilərində qalib gələn xadimə Marina Udqodskaya yoxa çıxıb.

Moderator.az xəbər verir kli, bu barədə NTV telekanalı məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, o, bir neçə gündür kü, görünməyib. Qadının əri və iki uşağı ilə yaşadığı evdə də heç kim yoxdur.

Bir versiyaya görə, 5 ildir ki, kənd icra nümayəndəliyində süpürgəçi işləyən Marina gələcək işləri üçün bir plan hazırlamaq üçün gedib. Digərinə görə isə, Udqodskaya bir bataqlıqda quşüzümü yığmağa yollanıb.

25 sentyabrda Udqodskaya Nobel Sülh Mükafatına namizəd göstərilib. Beləliklə, “Moskovski Komsomolets”-in redaksiya heyəti nüfuzlu mükafata müraciətlərin göndərilmə mexanizmini yoxlamaq qərarına gəlib.

Sultan Laçın

Mənbə: moderator.az