Serbiyada təyyarə qəzası

Serbiyada təyyarə qəzası

Serbiyanın qərbində “MiQ-21” hərbi təyyarəsi qəzaya uğrayıb.

“RTS” telekalının məlumatına görə, Serbiya Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi təyyarə uçuş proqramını yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə Mali şəhəri yaxınlığındakı Brezina kəndində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com