Parisdə terror hücumu: daha 5 şübhəli nəzarətə alındı

Parisdə terror hücumu: daha 5 şübhəli nəzarətə alındı

Fransa paytaxtında polis Charlie Hebdo satirik nəşrinin keçmiş redaksiyasının yaxınlığında yoldan keçən iki şəxsə hücumda şübhəli bilinən daha beş nəfəri saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə 25 sentyabr cümə günü BFM telekanalı məlumat yayıb.

24-37 yaş arasındakı kişilərin, ehtimal ki, əsas şübhəlinin yaşadığı Parisin şimal ətrafındakı bir mənzildə ələ keçirildiyi qeyd olunur.

Xəbər verildiyi kimi, jurnalistlərə edilən hücumdan dərhal sonra polis ilk şübhəlini saxlayıb. Paltarında qan izləri olub. İkincisi, metro stansiyası yaxınlığında, dəmir yolu şəbəkəsinin üzvləri tərəfindən ələ keçirilib.

Fransa daxili işlər naziri bu terroru Fransaya qarşı qanlı bir hücum adlandırıb.

Mənbə: konkret.az