Afrikada virus qurbanlarının sayı 35 minə çatır

Afrikada virus qurbanlarının sayı 35 minə çatır

Afrika qitəsində son 24 saatda 8149 nəfər koronavirusa yoluxub. Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 452 min 768 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 154 nəfər artaraq 34 min 912-yə yüksəlib. İndiyədək 1 milyon 19 min 597 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (16 312), Misir (5 853) və Əlcəzair (1998) yer alır.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az