Ukraynada təyyarə qəzası ilə bağlı axtarışlar dayandırıldı

Ukraynada təyyarə qəzası ilə bağlı axtarışlar dayandırıldı

Ukrayna xilasediciləri Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış əməliyyatlarını dayandırıblar. Azvision.az TASS-a istinadən xəbər verir ki, bu gün səhər hadisə yerindən daha üç kursantın meyiti tapılıb. Bundan sonra axtarış işləri dayandırılıb.

Xatırladaq ki, dünən axşam saatlarında Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub.

İki kursant təyyarədən atılaraq xilas olub, onlar hazırda xəstəxanadadır.

Mənbə: azvision.az