Bakıda 21 yaşlı gənc bıçaqlanıb

Bakıda 21 yaşlı gənc bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
Qəsəbə ərazisində 21 yaşlı Əzimov Məhəmməd Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Araşdırma aparılır.

Mənbə: www.dia.az