Goranboyda baş verən qəzada bir nəfər ölüb

Goranboyda baş verən qəzada bir nəfər ölüb

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, "KamAz" markalı yük maşını ilə "Moskviç" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "Moskviç"in sürücüsü - 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az