“Charlie Hebdo”nun keçmiş binasında bıçaqlı hücumun səbəbi açıqlandı

Parisdə həftəlik nəşr olunan “Charlie Hebdo” satirik jurnalının keçmiş binası qarşısında bıçaqlı hücum törətməkdə şübhəli bilinən şəxs onu bu cinayətə sövq edən səbəbi açıqlayıb.

“Qafqazinfo” “Liberation” qəzetinə istinadən xəbər verir ki, cinayətkarın sözlərinə görə, buna səbəb nəşr tərəfindən Məhəmməd peyğəmbərin karikaturalarının təkrar dərc edilməsi olub.

“Şübhəli bilinən şəxs qəbul etmədiyi karikaturaların təkrar dərc edilməsi fonunda bu hərəkətlərinə görə məsuliyyəti boynuna götürdü”, - nəşr istintaqa yaxın olan şəxsin sözlərini sitat gətirir.

Daha əvvəl Fransanın Daxili İşlər naziri Jerald Darmanen baş verən hadisəni terror aktı adlandırmışdı. Nazirin sözlərinə görə, saxlanılan şəxs soyuq silah daşıdığı üçün iyun ayında da həbs edilmişdi.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Amerikalılar buna görə Rusiyanı düşmən sayır - Pozner

SONRAKI XƏBƏR

Öldürülən mafiya başçısının evinin hər qarışından pul çıxır...