"Paxan Mingəçevirski" yaydığı "praqon"a görə döyüldü - VİDEO

"Paxan Mingəçevirski" yaydığı "praqon"a görə döyüldü - VİDEO

"Paxan Mingəçevirski" kimi tanınan şəxsin döyülüb, kriminal aləmdə "Albert Rıjıy" kimi tanınan qanuni oğrudan üzr istəməsinin videogörüntüsü yayılıb. O, onu döyənlərin qarşısında, üzü-gözü qanlı halda bildirib ki, yazdığı kağıza görə "böyük qardaş" Albertdən üzr istəyir. Diz çökərək bağışlanmasını istəyir.
YPX.AZ-ın əldə etdiyi məlumata görə görüntüdəki şəxsin döyülməsinə saxta "praqon" yazması səbəb olub. Belə ki, o qanuni oğrular adından "praqon" yazıb və yazdığı "praqon"a 14 nəfər qanuni oğrunun adını əlavə edib. Guya həmin oğrular da "praqon"un doğruluğunu təsdiqləyiblər. Halbuki bunlar hamısı onun öz hazırladığı kağız parçası olub. Saxta "praqon"un mətni isə təxminən belədir.
"Biz aşağıda adları yazılan qanuni oğrular olaraq sizə bildiririk ki, Albert Rıjiy qanuni oğru deyil. Onu heç kim belə tanımasın. O, Moskvada Rusiya Federal Təhqiqatlar bürosunun himayesində yaşayan "samozvaneç"dir. "Samozvaneç" kriminal aləmdə özü-özüna qanuni oğru adı verən, lakin heç bir qanuni oğru tərəfindən təstiq olunmayan şəxslərə deyilir.

 

Mənbə: ypx.az