Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alınıb

Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alınıb

Gürcüstanda daha 1 nəfər koronavirusdan vəfat edib.

"Report”un yerli bürosu xəbər verir ki, ölüm faktı Kutaisi Yoluxucu Xəstəliklər Xəstəxanasında qeydə alınıb.

Dünyasını dəyişən şəxs 59 yaşlı qadındır. O, klinikaya ikitərəfli pnevmoniya diaqnozu ilə daxil olub. Pasiyent bir il öncə ürək əməliyyatı keçiribmiş və diabet xəstəliyindən əziyyət çəkirmiş.

Bununla da qonşu ölkədə COVID-19-dan vəfat edənlərin sayı 28-ə çatıb.

Mənbə: aktual.az