Nəvahidə minik avtomobili betonqarışdıran maşınla toqquşub, yaralılar var

Hacıqabulda minik avtomobili betonqarışdıran maşınla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmir olunan yolda “Opel” markalı avtomobil idarəetməni itirərək betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Öldürülən mafiya başçısının evinin hər qarışından pul çıxır...

SONRAKI XƏBƏR

Erməni ekspert: “Türkiyə və Azərbaycan Qarabağ məsələsində hərb yolunu seçib, çünki..."