Parisdə baş verən bıçaq hücumu islam terrorizmi adlandırılıb

Fransa polisi şənbə günü Parisdə satirik Charlie Hebdo jurnalının keçmiş ofisi yaxınlığında iki nəfərə hücum edən şəxsin keçmiş otaq yoldaşı olduğu güman edilən insanı həbs etdiyini bildirib.

Polis cümə günü hadisə şahidi olan və “hücumçunun arxasınca qaçan” 33 yaşlı əlcəzairli kişinin ifadəsini alandan sonra sərbəst buraxıb.

Şənbə səhərə olan məlumata görə, cümə günü baş verən hücumla əlaqədar olaraq yeddi nəfər saxlanılıb. Onlara hücumu törətməkdə şübhəli bilinən şəxs də daxildir.

Hücumçunun üç il öncə valideynsiz Fransaya gələn 18 yaşlı pakistanlı olduğunu müəyyən edilib.

Fransa hüquq-mühafizə orqanları anti-terro istintaqı başladıblar.

Fransanın daxili işlər naziri Gerald Darmanin France 2 televiziya kanalına müsahibədə bildirib ki, hücum “açıq-aydın İslam terroru”dur.

Fransanın terrora qarşı mübarizə prokuroru Jan-Fransua Rikard deyib ki, gənc oğlan hücumun baş verdiyi əraziyə yaxın bir yerdə başqa bir nəfərlə birlikdə həbs olunub.

Rikard hücumçunun qurbanları tanımadığını bildirib. Onlar sənədli film istehsalı şirkətinin bir qadın və kişi işçisidir və onlar hücum zamanı küçəyə siqaret fasiləsinə çıxmışdılar.

Hücuma nəyin səbəb olduğu və ya Charlie Hebdo ilə hər hansı əlaqəsinin olub-olmadığın müəyyən deyil.

2015-ci ildə islamçı militantlar Charlie Hebdo-nun ofisinə hücum edərək, 12 nəfəri öldürmüşdü.

Hazırda Parisdə həmin hücuma yardım etməkdə ittiham olunan 14 nəfərin məhkəməsi davam edir.

Charlie Hebdo Məhəmməd peyğəmbərin təsvir olunduğu karikaturalar dərc etdiyi üçün bir çox müsəlmanı qəzəbləndirmişdi. Jurnal məhkəmədən öncə həmin karikaturaların bəzilərini təkrar dərc edib.

Polis ötən həftə məhkəmə başladığı zaman jurnalın insan resursları idarəsinin başçısı ölüm təhdidləri aldığı üçün onu evindən başqa yerə yerləşdirib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə onlayn respublika şahmat turniri keçiriləcək

SONRAKI XƏBƏR

Müdafiə Nazirliyində yeni TƏYİNAT - FOTO