Lənkəran sakinində yarım kiloqramadək marixuana aşkarlanıb

Lənkəran sakinində yarım kiloqramadək marixuana aşkarlanıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Hüseynov saxlanılıb. Axtarış zamanı ondan 372 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Mənbə: azertag.az