Aşpazın qopub yeməyə düşən barmağını yedi

Aşpazın qopub yeməyə düşən barmağını yedi

Türkiyənin Tekirdağ vilayətində fabrikdə işləyən fəhlənin yeməyindən insan barmağı çıxıb.

“Haber Global” məlumat verir ki, bir müddət əvvəl mətbəxdə turşu doğrayan aşpaz bilmədən barmağını kəsib.

Aşpaz xəstəxanaya yerləşdirilib. Onun qopan barmağı isə üç gün sonra fabrikdə yemək yeyən Bürhan Yılmazın yeməyindən çıxıb.

Ürəkbulanma ilə təcili xəstəxanaya çatdırılan Yılmazın fərqinə varmadan barmağın bir hissəsini yediyi məlum olub.

Mənbə: www.oxu.az