Yolu icarəyə götürüb, keçən maşınlardan pul tələb etdi

Yolu icarəyə götürüb, keçən maşınlardan pul tələb etdi

Rusiya vətəndaşı yaşadığı bölgədən keçən yolu icarəyə götürüb və yoldan keçmək istəyənlərdən ödəniş tələb edib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Sahibkar” İrkutsk əyalətinin Ust-İlimsk şəhərindən Krasnoyarsk vilayətinin Evenkiysk rayonunun Vanavara kəndinə gedən yolun bir hissəsində nəzarət-buraxılış məntəqəsi təşkil edib. Bundan sonra isə o, yoldan istifadə etmək istəyən maşınlardan pul tələb edib. Pulu ödəməkdən imtina edənlərə isə dolayı yolla getməyi məsləhət görüb.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: www.oxu.az