İnsanların mərhəmət hissindən istifadə edib pul toplamaq istədi - VİDEO

İnsanların mərhəmət hissindən istifadə edib pul toplamaq istədi - VİDEO

Türkiyənin paytaxtı Ankarada guya smit sataraq ailəsini dolandırdığını və xəstə olduğunu deyərək insanları aldadıb yardım toplayan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“İhlas Haber Ajansı” (İHA) Ankara şəhərinin polis departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, insanların xeyirxahlıq hissindən istifadə edən kişi 4 237 lirə (946 manat) məbləğində cərimələnib.

Qeyd olunur ki, saxlanılan şəxs əvvələr də insanları aldatdığına görə bir neçə dəfə inzibati qaydada cərimə olunub.

 

Mənbə: www.oxu.az