Kolumbiyada atışma olub, ölənlər var

Kolumbiyada atışma olub, ölənlər var

Bakı. Trend:

Kolumbiyanın qərbində baş verən atışma nəticəsində ən az 3 nəfər ölüb

Trend-in məlumatına görə, La FM radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə ötən gün səhər Tumako bələdiyyəsində baş verib. Cinayətkar qruplar atışmaya başladı, nəticədə üç nəfər öldü, daha iki nəfər yaralandı.

Hakimiyyət orqanları hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Mənbə: az.trend.az