Füzuli istiqamətinə giriş-çıxış nəzarətdədir - kənar şəxslər buraxılmır FOTOLAR

Füzuli istiqamətinə giriş-çıxış nəzarətdədir - kənar şəxslər buraxılmır FOTOLAR

Xəbər verdiyimiz kimi, səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanıb.
Bir neçə saat əvvəl verilən rəsmi məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə post dağıdılaraq yüksəkliklər geri alınıb.
"Yeni Müsavat" Media Qrupunun Füzuli rayonuna ezam olunmuş reportyorları xəbər verir ki, hazırda rayona giriş tam nəzarət altındadır.
Polis əməkdaşları Füzuli rayon qeydiyyatı olmayan heç bir şəxsi rayona buraxmır. Rayon girişində ətraf qəsəbələrdən, rayonlardan, kəndlərdən axın var. İnsanlar dəstək üçün cəbhə bölgələrinə gəliblər.

Mənbə: cia.az