Ermənilər İran ərazisini raket atəşinə TUTDU

Ermənilər İran ərazisini raket atəşinə TUTDU

İşğalçı Ermənistan Ordusu Azərbaycan əraziləri ilə yanaşı, qonşu ölkələrin ərazisinə də təcavüz həyata keçirib.

Modern.az İranın Parstoday saytına istinadən xəbər verir ki, Füzuli-Cəbrayıl rayonu istiqamətində məğlubiyyətlərə uğrayan Ermənistan qüvvələri İran ərazisini də atəşə tutub.

Araz çayının İran tərəfində yerləşən Xudafərin şəhərinin meri Əli Əmiri Rad şəhərin kənd təsərrüfatı ərazilərinə 2 mərmi düşdüyünü söyləyib. O, bazar günü əkin sahəsində daha bir partlamamış mərmi aşkarlandığını deyib.

Mərmilərin Ermənistan Ordusunun köhnə və qeyri-dəqiq artilleriya qurğularından atıldığı bildirilir.

Xatırladaq ki, 2016-cı ilin aprelində də Ermənistan İran ərazisinə 2 top mərmisi atmışdı.

Mənbə: modern.az