Komendant saatında bu şəxslərin hərəkətinə icazə veriləcək – İzahat

28 sentyabr, Fineko/abc.az. Bu şəxslərə Bildiyiniz kimi bu gün saat 21:00-dan Azərbaycanda komendant saatı tətbiq olunur.

ABC.AZ DİN-ə istinadən xəbər verir ki, xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir.

Komendant saatı müddətində tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılacaq.

Vəfat edən şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumları Daxili İşlər Nazirliyinin “102” Xidmətinə etdikləri müraciət üzrə aparılan araşdırmalardan sonra sərbəst hərəkət edə bilərlər.

Müəllif: Elmir Murad

Abc.az

ƏVVƏLKİ XƏBƏR

Albaniya qəzeti Ermənistanın son hərbi təxribatından yazıb

SONRAKI XƏBƏR

Dünyanın ən qiymətli idmançıları açıqlandı