Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi

Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən qaçan məhbuslara görə həbsxana əməkdaşlarından biri saxlanılıb.

REN TV xəbər verir ki, cəzaçəkmə müəssisəsinin əməkdaşı işinə səhlənkar yanaşdığı üçün ona cinayət işi açılıb.

Xatırladaq ki, altı dustaq qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində məlum olub ki, məhbuslar bir il əvvəldən qaçış üçün plan qurub və uzun tunel qazmağa müyəssər olublar.

Mənbə: www.oxu.az