İyul ayından bəri Moskvada son sutkada ilk dəfə koronavirusdan 20-dən çox xəstə ölüb

İyul ayından bəri Moskvada son sutkada ilk dəfə koronavirusdan 20-dən çox xəstə ölüb

Moskvada son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib.

APA RİA Novostiy-yə istinadən xəbər verir ki, bu barədə paytaxta yaradılan Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bu göstərici iyulun 15-dən bəri gündəlik statistikada ilk dəfədir qeydə alınıb

Bununla da Moskvada ümumi ölüm sayı 5203-ə çatıb.

Qeyd edək ki, bir gün əvvəl yeni virusdan 16 nəfər ölmüşdü.

Mənbə: apa.az