Cavaxetiya erməniləri Gürcüstan sərhədçilərinə HÜCUM ETDİ

Cavaxetiya erməniləri Gürcüstan sərhədçilərinə HÜCUM ETDİ

Gürcüstanda yaşayan ermənilər ölkədə sabitliyi pozmağa cəhd ediblər.

Modern.az xəbər verir ki, 3 minə yaxın erməni Gürcüstanın Ermənistanla sərhəddini qoruyan sərhədçilərə hücum ediblər. Onlar Qarabağda baş verən döyüşlərlə bağlı sərhədə toplaşaraq gərginlik yaradıblar.

Gürcüstan sərhədçiləri və köməyə gələn polislərin köməyi ilə kütlə sakitləşdirilib. Hadisə Gürcüstan-Ermənistan sərhədinin yaxınlığında baş verib.

Mənbə: modern.az