Meksikada qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı

Meksikada qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı

Mexikodan şimal-qərbdəki Quanaxuato ştatında axtarış bölmələri insan meyitlərinin olduğu səkkiz gizli qəbir tapıblar.

Bu barədə “Report” yerli “SeUno Noticias” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, səkkiz qəbirdə təxminən 100 cəsədin olduğu 20 kisə aşkar edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Meksikanın Quanaxuato ştatı qəsdən adamöldürmə cinayətlərinin sayına görə ölkədə liderdir. Təhlükəsizlik Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvarından avqustuna qədər burada 3 mindən çox insan öldürülüb.

Mənbə: www.realtv.az