ABŞ polisinin güllələyərək öldürdüyü afroamerikalının ailəsinə 20 milyon dollar təzminat ödəniləcək

ABŞ polisinin güllələyərək öldürdüyü afroamerikalının ailəsinə 20 milyon dollar təzminat ödəniləcək

ABŞ-ın Merilend ştatının Prins-Corc əyalətində yerli polis tərəfindən güllələnən 43 yaşlı afroamerikalı Villiam Qrinin ailəsinə hökumət tərəfindən 20 milyon dollar təzminat ödəniləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Yerli hökumət nümayəndəsi Anjela Olsobruks bildirib ki, məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə edən polis barəsində ədalətli qərar qəbul edəcək.

Qeyd edək ki, Villiam Qrin polis tərəfindən bu ilin yanvar ayında güllələnib. Həbs edilən qaradərilinin silah işlədəcəyini zənn edən polis ona odlu silahdan 7 atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları afroamerikalının narkotikin təsiri altında olduğunu iddia etsə də, sonradan bu, təsdiqini tapmayıb. Qrin bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Mənbə: apa.az