Ermənilər ikinci dəfə məcburi köçkünlərin binasını hədəf aldı - VİDEO

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəf almaqda davam edir.

“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında da rayonun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasına yenidən mərmi atılıb.

Nəticədə binaya ciddi ziyan dəyib. Ziyan dəyən binaların ümumi sayı 7-yə çatıb.

Qeyd edək ki, ötən gün də binanın hədəfə alınması nəticəsində 3 mülki vətəndaşımız həlak olub, ikisi yaralanıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Zəhmət olmasa Şuşa şəhər DOST Mərkəzinə yaxınlaşın - FOTO

SONRAKI XƏBƏR

Düşmən hücumu təmas xəttindəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA