Polisin öldürdüyü şəxsin ailəsinə 20 milyon veriləcək

Polisin öldürdüyü şəxsin ailəsinə 20 milyon veriləcək

ABŞ-da polis tərəfindən öldürülən qaradərilinin ailəsinə təzminat ödəniləcək.

Axar.az CNN-ə istinadla xəbər verir ki, ABŞ-ın Merilənd əyalətində polis tərəfindən öldürülən qaradərili Vilyam Qrinin ailəsinə 20 milyon ABŞ dolları veriləcək. Qeyd olunur ki, bu, polis zorakılığına görə ölkədəki ən yüksək təzminatdır.

Qeyd edək ki, qaradərili Vilyam Qrin bu il yanvarın 27-də polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Mənbə: axar.az