Kaliforniya Kobe Bryantın ölümündən sonra yeni qanun qəbul etdi

Kaliforniya ştatında təyyarə qəzası nəticəsində həyatını itirən ABŞ-ın əfsanəvi basketbolçusu Kobe Bryantın ölümündən sonra yeni qanun qüvvəyə minib.

ESPN idman portalının məlumatına əsasən, yanvarın 1-i 2021-ci ildən etibarən qüvvəyə minəcək yeni tənzimləyici qaydada cinayət və ya qəza yerində ölən şəxslərin icazəsiz olaraq şəkillərinin yayımının artıq cinayət olduğunu ifadə edir.

Yeni qaydanı pozanlar 1 000 dollar cərimə olunacaqlar. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının vəzifəsi ilə əlaqədar çəkilən fotoşəkillər istisna olmaqla, bütün şəkillərə aiddir.

K.Bryantın həyatına son qoyan faciə yanvarın 26-sı 2020-ci ildə baş verib. Faciə nəticəsində idmançıdan əlavə, onun 13 yaşlı qızı Cianna və daha yeddi sərnişin ölüb.

Qeyd edək ki, K.Bryantın ayrıldığı həyat yoldaşı Vanessa ərinin öldüyü yerdən fotoşəkillərin çəkilməsinə dair iddia qaldıraraq, məhkəməyə müraciət edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Həmkarlar İttifaqları konfederasiyasından beynəlxalq təşkilatlara müraciət

SONRAKI XƏBƏR

“Ermənistanın mülki insanları hədəf alması, onun terrorçu mahiyyətindən xəbər verir”