Ankarada daha 12 FETÖ üzvü həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb. Məlumata görə, axtarışda olan 15 FETÖ üzvündən 12-nin polisin keçirdiyi əməliyyat nəticəsində qolları qandallanıb. Daha 3 nəfərin axtarışı isə davam edir.
Saxlanılanların FETÖ terror qruplaşmasının “Baylok” mesajlaşma qrupunun aktiv istifadəçisi olduğu iddia olunur.
Mənbə: axar.az